“Soccer Aid” kampaniyası çərçivəsində İngiltərə millisi ilə dünyanın yığma komandası qarşılaşıb. Xeyriyyə oyunu Londondakı “Stamford Bric” stadionunda baş tutub və ev sahiblərinin qələbəsi ilə başa çatıb – 6:3.

İngiltərə komandasının heyətində Co Koul, Cek Vilşir, Teo Volkott, Qari Kehill və blogger Miniminter çıxış edib. Məşqçilər Frank Lempard, Harri Rednapp, Devid Simen, müğənni Robbi Vilyams və aktrisa Viki Makklayr olub.

Dünya yığması üçün Petr Çex, Alessandro del Pyero, Roberto Karlos, Eden Hazard, məşhur atlet Useyn Bolt, boksçu Tommi Fyuri və başqaları mübarizə aparıblar. Məşqçilər heyətinə digərləri ilə yanaşı Maurisio Poçettino və Robbi Kin də daxil olub.

Matçın diqqətçəkən məqamları arasında Eden Hazardın cərimə zərbəsindən vurduğu qolu və Useyn Boltun zədələnməsini qeyd etmək olar.

Səkkizqat olimpiya çempionu və atletika üzrə 11 qat dünya çempionu, yamaykalı Useyn Bolt mərkəz müdafiəçisisi mövqeyində çıxış edib. O, ingilislərin hücumçusu Cermeyn Defo ilə toqquşma zamanı zədələnib. Bolt xərəkdə meydandan çıxarılıb.

Xatırladaq ki, Bolt karyerası zamanı səkkiz dünya rekordunun müəllifi olub. O, ardıcıl üç Olimpiadada (Pekin 2008, London 2012 və Rio-de-Janeyro 2016) 100 və 200 metr məsafələrə qaçışda qalib gələ bilən yeganə idmançıdır.

5b0c5d08 5820 4591 bd24 948163856566 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp