Boks tarixində səkkiz müxtəlif çəkidə yeganə dünya çempionu Menni Pakyao (62 qələbə – 8 məğlubiyyət) iyulun 28-də Yaponiyanın Sayama şəhərində keçiriləcək boks şousunda MMA idmançısı Çihiro Suzukiylə (13 – 3) hər biri 3 dəqiqə davam edəcək üç raundluq döyüşdə qarşılaşacaq. Bu barədə insayder Mayk Koppinger X sosial media hesabında məlumat verib.

“Pakyao bu ilin sonunda titul uğrunda mübarizə aparacağına ümid etdiyi üçün formada qalmağa çalışır”, – deyə insayder yazıb.

Xatırladaq ki, Pakyao payızda ABŞ-nin Las-Veqas şəhərində, orta çəki dərəcəsində WBC versiyası üzrə titul uğrunda Mario Barriosla (29-2) döyüşmək imkanını nəzərdən keçirir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp