Azərbaycanın qadın və kişilərdən ibarət 3×3 basketbol yığmalarının Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda potensial rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qadınların turnirində Azərbaycan millisi ilə yanaşı, Avstriya (ev sahibi), Niderland (2023-cü ilin qalibi), Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya komandaları iştirak edəcək.

Kişi basketbolçularımızın rəqibləri isə Avstriya (ev sahibi), Serbiya (2023-cü ilin qalibi), Litva, Hollandiya, Fransa, İspaniya və Xorvatiya komandaları olacaq.

Bratislava (Slovakiya) və Buxarest (Rumıniya) şəhərlərində iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha dörd komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, 9-cu dəfə keçiriləcək Avropa Kubokda 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Azərbaycan milliləri Kosovonun paytaxtı Priştinada keçirilən seçmə turnirdə qalib gələrək yarışın final mərhələsində oynamaq hüququna yiyələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp