Macarıstanda təlim-məşq toplanışı çərçivəsində Albaniya ilə (1:3) yoldaşlıq görüşündən dərhal sonra Azərbaycan millisinin heyətində edilən dəyişikliyin səbəbi müəyyənləşib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, müdafiəçi Rahil Məmmədovun düşərgəni tərk etmə səbəbi heç də zədə deyil.

Məsələ burasındadır ki, Məmmədov bunu məşqçi Arif Əsədovla öncədən razılaşdırıbmış. O, özünə yeni komanda axtarmaq üçün Sombatxey şəhərindəki ikinci yoldaşlıq görüşünə qalmayıb. Komandasını dəyişəcək Məmmədov hazırda onunla maraqlanan klublarla danışıq aparır.

Qeyd edək ki, Rahil Məmmədov Albaniya ilə oyunun birinci hissəsində meydanda olub.

Shares: