“Zirə” futbolçusu Dimitrios Çantakiasla yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Yunanıstanlı müdafiəçi ilə paytaxt təmsilçisi arasında imzalanmış müqavilə başa çatıb.

“Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Çantakias 2020-ci ildən “Zirə”də oynayırdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp