“Tottenhem” Tangay Ndombele ilə müqaviləni pozmaq istəyir. Londonlular futbolçunu ata bilir, onun yüksək maaşı isə komandaya əlavə yükdür. Bu səbəbdən az oynamaq şansı qazanan futbolçu ilə razılaşıb müqaviləyə qarşılıqlı xitam vermək niyyətindədirlər.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı Konqo əsilli fransalı 2019-cu ildə Lion “Olimpik”indən transfer olunub. Amma keçidinə 62 milyon avro xərclənən yarımmüdafəçi ümidi doğrultmayıb. 2022-nn ilk yarısını Lion təmsilçsində icarədə keçirən Ndombele, “Napoli” və “Qalatasaray”da da eyni qaydada oynayıb.

Artıq oyunçunun transfer dəyəri 8 milyon avroyadək enib. “Tottenhem” isə gələn yay azad agentə çevriləcək oyunçuya yüksək maaş ödəməkdənsə, onu sərbəst buraxmağı daha doğru hesab edir. Futbolçunun hansı qərarı verəcəyi bilinmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp