Fransanın “Lans” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ı Uill Still çalışdıracaq.

31 yaşlı mütəxəssis yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Still son olaraq Fransanın “Reyms” komandasına rəhbərlik edib.

“Lans” Fransa Liqa 1-də 2023/2024 mövsümünü 51 xalla 7-ci sırada bitirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp