Aleksis Salemakers yeni klub axtarır. “Bolonya” icarə qaydasında xidmətindən yararlandığı 24 yaşlı belçikalını transfer etmək istəməyib.

Futbolinfo.az xəbər verir ki, “Milan”a məxsus yarımmüdafiəçi 2026-cı ilin yayınadək müqavilə ilə bağlı olduğu klubda da istənilimir. Bu səbəbdən menecerləri ona İngiltərədə yeni iş yeri axtarmağa başlayıb.

2020-cu ildə “Anderlext”dən 7,5 milyon avroya transfer edilmiş Salemakers son mövsümdə “Bolonya”nın uğurlu çıxışında önəmli rol oynayıb. A Seriyasında 30 matçda forma geyən yarımmüdafiəçi 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Amma “Bolonya”onun birdəfəlik transferini lazım bilməyib.

Xatırladaq ki, Aleksisin transfer dəyəri 12 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp