39 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo, süni intellektə görə, qarşıdan gələn 2024-cü il Avropa çempionatının “ən dəyərli oyunçu mükafatı”nı qazanmaq üçün üç favoritdən biridir.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Portuqaliya millisi F qrupunda Gürcüstan, Çexiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Hazırkı Avropa çempionu İtaliya komandasıdır. Onlar AÇ-2020-nin finalında İngiltərəni məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp