Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “Mingəçevir” baş məşqçisi ilə bağlı qərarı yaxın günlərdə veriləcək. Qərar bu ayın 15-də baş tutacaq klub daxili iclasdan sonra müəyyənləşəcək.
Ötən mövsüm komandanın baş məşqçisi olan Ədəhim Niftəliyevlə yola davam edib-edilməyəcəyinə bu toplantıdan sonra qərar veriləcək.
Qeyd edək ki, “Mingəşevir” geridə qoyduğumuz mövsümü 27 xalla 8-ci pillədə başa vurub.