Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, millimiz bu dəfə Qazaxıstan yığmasıyla qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanı yerli hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə eyni məkanda Albaniya ilə qarşılaşmış və 1:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
11 iyun

18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka.
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai.
Dördüncü hakim: Reka Molnar.
Sombatxey. “Haladas SportKomplexum” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp