Niderland millisi ciddi itki ilə üzləşib. Frenki de Yonq zədə üzündən Avro-2024-dən kənar qalacaq.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin ayaq biləyindəki zədəni tez bir zamanda sağaltmaq mümkün olmayıb. Həkimlər onu riskə atmağı məsləhət bilməyib və futbolçu bərpa prosesini keçmək üçün dünən “Barselona”nın düşərgəsinə dönüb.

De Yonq məyusdur: “Avropa Çempionatına gedə bilmədiyim üçün üzgünəm. Yarışa getmək üçün mümkün olan hər şeyi etdik, amma ayağımın sağalması üçün daha çox zamana ehtiyac var. Ölkənin şərəfini qorumaq böyük qürurdur. Amma indi komandamızı azarkeşlər arasından dəstəkləməkdən başqa yolum yoxdur”.

Xatırladaq ki, de Yonq “Barselona”nın heyətində La Liqa matçı zamanı zədələnmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp