“Vilyarreal” Etyen Kapu ilə yollarını ayırıb. 35 yaşlı yarımmüdafiəçinin başa çatmaqda olan müqaviləsinin müddəti artırılmayıb.

Kapu 2021-ci ildən “Vilyarreal”da forma geyirdi. Fransız futbolçu bu müddətdə meydana çıxdığı 148 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

“Tuluza”, “Tottenhem” və “Uotford” kimi klubların şərəfini qorumuş Qvadelupe əsilli oyunçu o zaman 2 milyon avroya transfer edilmişdi. Son zamanlar heyətə düşməyən futbolçu karyerasını ərəb ölkələrində davam etdirmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp