Omari Forson “Mançester Yunayted”dən ayrılıb. 19 yaşlı Qana əsilli ingiltərəli “qırmızı şeytanlar”da şans qazanmadığı üçün İtaliyaya yollanmağı lazım bilib.

Futbolinfo.az xəbər verir ki, Mançester klubunun akademiyasında yetişən oyunçu azd agent kimi “Montsa”ya yollanır. İngilislər yalnız onun gələcəkdəki satışından pul qazana biləcək.

İtaliya klubu gənc sağ cinah hücumçusu ilə 4 illik müqavilə bağlayacaq.

Shares: