Gəncə Basketbol Liqasına yekun vurulub.

Ötən ilin sonunda start götürən yarışda 5 komanda iştirak edib. Müxtəlif idarə, müəssisə və təşkilatların komandalarının qüvvəsini sınadığı birinciliyin sonunda bütün rəqiblərini üstələyən “Telekom” qalib adını qazanıb.

Fəxri kürsüdə yer alan mükafatçılar yekunda medal, diplom, 1-ci yerin sahibi isə həmçinin kubokla təltif edilib.

Gəncə Basketbol Liqası ikinci ildir ki, təşkil edilir.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp