“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti oyuna çıxıb.

Futbolinfo.az xəbər verir ki, Uqanda ilə qarşılaşma Əlcəzairin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Benzia bu görüşdə iştirak edib. O, 69-cu dəqiqədə Benrahmanın əvəzinə meydana daxil olub.

Əlcəzair yığması qrupda 9 xalla liderdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp