Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə haqqında kompüter oyununun yaradılmasında maraqlı olduğunu açıqlayıb.
Bu barədə təşkilatın iyunun 10-dan 14-dək Las-Veqasda keçirilən konqresində məlumat verilib.
ISU hesab edir ki, bu, daha gənc auditoriyanın marağını cəlb etməyə, onlayn maraq yaratmağa və yeni potensial idmançıları cəlb etməyə kömək edəcək.
Xatırladaq ki, İSU prezidenti Jae Yeol Kim bir müddət əvvəlki çıxışında son dünya çempionatı zamanı televiziya yayımında 34 yaşa qədər tamaşaçıların payının cəmi 2,4% təşkil etdiyini qeyd etmişdi.