Serbiya milli komandasının baş məşqçisi Svetislav Peşiç, genişləndirilmiş heyətə daxil olan 16 basketbolçunun siyahısını açıqlayıb. Nikola Yokiç də namizədlər siyahısında yer alıb.
MBA çempionu və 3 dəfə ən yaxşı oyunçu seçilən Nikola Yokiçdən (Denver) başqa, namizədlər arasında Avroliqanın ən yaxşı oyunçusu Vasiliye Misiç (Şarlott), Nikola Yoviç (Mayami), Boqdan Boqdanoviç (Atlanta), Aleksey Pokusevski (Şarlott) var.
Milli komandanın təlim-məşq toplanışı iyunun 24-də başlayacaq. Komanda Niderland (5 iyul) və Türkiyə (7 iyul) milliləri ilə yoxlama oyunları keçirəcək.
Olimpiadaya sonrakı hazırlıq çərçivəsində serblər Avstraliya (16 iyul), ABŞ (17 iyul) və Yaponiya (21 iyul) ilə görüşəcək.