Üçqat “Böyük dəbilqə” çempionu, dünyanın ikinci raketkası, 21 yaşlı ispan tennisçi Karlos Alkaras Olimpiadada çempion olmağı “Uimbldon”da titulunu qorumaqdan daha üstün tutduğunu bildirib.
“Uimbldon” turniri iyulun 1-dən 14-dək keçiriləcək. Olimpiada çərçivəsində tennis turniri isə iyulun 27-dən avqustun 4-dək baş tutacaq. Qeyd etmək lazımdır ki, “Uimbldon”dan sonra tennisçilər yenidən ot örtükdən torpaq kortlara keçməlidirlər.
“Mürəkkəb məsələdir. Buna baxmayaraq, Olimpiada dörd ildən bir keçirilir və xüsusi turnirdir. Çünki siz özünüz üçün deyil, ölkə üçün oynayırsınız, bütün ispanları təmsil edirsiniz. Düşünürəm ki, bu il olimpiya qızılı mənim üçün daha vacibdir”, – deyə Alkaras AS qəzetinə müsahibəsində qeyd edib.