Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze II Bundesliqada “Nürnberq” klubunun baş məşqçisi olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı dünya çempionu bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.
Kloze 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin mundiallarda ən çox qol (16) vuran futbolçudur.