17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1Məhdi HəsənovNeftçi
2Rauf ƏyyubovSabah
3Həzrət SəmədovSabah
4Fərid CabbarlıZirə
5Əlibəy MahmudovSabah
6Tuncay ƏhmədovMarset (İspaniya)
7Nadir NəsibliMarset (İspaniya)
8Səttar TahirzadəMarset (İspaniya)
9Muhammad ÇodarovMarset (İspaniya)
10Murad QurbanovZirə
11Sinan MehdizadəMarset (İspaniya)
12Nihad İsaqovKəpəz
13Əli QazibəyovQarabağ
 14Emil HəsənovSumqayıt
15Abdulaziz CabbarlıQarabağ
16İbrahim BabayevServette (İsveçrə)
17İslam HəsənovSrvena Zvezda (Serbiya)
18İbrahim XəlilovSabah
19Ümid SəlimovSabah
20Əli İbrahimQarabağ
Shares: