Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxıb.
Futbolinfo.az xəbər verir ki, millimiz bu dəfə Qazaxıstan yığmasıyla qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçirilən oyunu yerli hakimlər briqadası idarə edib.
Beş qolun qeydə alındığı oyun millimizin əzmkar qələbəsiylə yekunlaşıb. 0:2 hesabıyla məğlub duruma düşməsinə baxmayaraq, ardıcıl 3 qol vuran futbolçularımız bu toplanışı qalibiyyətlə yekunlaşdırıblar.
Xatırladaq ki, Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə eyni məkanda Albaniya ilə qarşılaşmış və 1:3 hesabıyla uduzmuşdu.
Yoldaşlıq oyunu
11 iyun
Azərbaycan – Qazaxıstan 3:2
Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51-pen. Toral Bayramov, 73 – Yan Voroqovski, 2. Maksim Samorodov, 28.
Baş hakim: Bence Csonka.
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai.
Dördüncü hakim: Reka Molnar.
Sombatxey. “Haladas SportKomplexum” stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Rəşd Əzizov, 4. Bəhlul Mustafazadə, 6. Emil Mustafayev, 7. Coşqun Diniyev, 9. Vüsal İsgəndərli, 14. Elvin Bədəlov, 18. Ceyhun Nuriyev, 19. Emil Səfərov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Qazaxıstan: 1. Zarutski, 11. Yan Voroqovski, 3. Nurali Alip, 22. Maroçkin, 24. Kassim, 4, Bıstrov, 8. Taqibergen (k), 18. Sadibekov, 7. Orazov, 10. Samorodov, 17. Abat Aimbetov
Ehtiyat oyunçular: 12. İqor Şatski, 15. Danil Ustimenko, 2. Sergey Maliy, 5. İslambek Kuat, 6. Aybol Abiken, 9. Bayrzhan İslamxan, 13. Roman Asrankulov, 14. Arman Kennesov, 16. Yerkin Tapalov, 19. Ruslan Valuilin, 20. Mixali Qabişev, 21. Elxan Aslanov, 23. Temirlan Yerlanov.
Bu material “Misli”nin dəstəyi ilə hazırlanıb