Almaniyada keçiriləcək Avropa çempionatının açılış matçından əvvəl əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi yad olunacaq.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi ölkə ilə Şotlandiya arasında baş tutacaq ilk oyundan öncə Almaniya milli komandasının sabiq kapitanları Yurqen Klinsmann və Bernard Dits yarışın kubokunu meydana gətirəcəklər.

Mərasimdə AÇ-1972-də yığmanın kapitanı olmuş Bekkenbauerin həyat yoldaşı Haydi iştirak edəcək.

Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və dünya çempionu olub.

Shares: