Luis Alberto Qətərdə oynayacaq. “Latsio”dan ayrılan təcrübəli futbolçu “Əl Duhail” klubu ilə anlaşıb.

Futbolinfo.az xəbər veri ki, ərəblər bu transferə görə İtaliya klubuna 11 milyon avro ödəyəcək. Futbolçunun və komandasının nəticələrindən asılı olaraq, romalılar müəyyən bonuslar da ala bilər.

Bir çox Avropa klubunun hədəfində olan 31 yaşlı ispaniyalı daha yaxşı pul qazanmaq üçün bu seçimi edib. O, 3 il Qətər klubunda çıxış edəcək. Yarımmüdafiəçinin “Latsio”ya 2016-cı ildə “Liverpul”dan 4 milyon avro qarşılığında keçdiyini də xatırladaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp