“Çelsi” Con Duranı heyətinə qatmaq istəyir. Londonluların qışdan bəri qısa siyahısında olan futbolçu özü də bu keçidin əleyhinə deyil.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” yaxın vaxtlarda onun üçün rəsmi təklif göndərəcək. Amma “Aston Villa”nın aparıcı oyunçusundan imtina etməsi inandırıcı görünmür. Hətta 40 milyon funt-sterlinqlik təklif də birmingemliləri qane etmir.

20 yaşlı kolumbiyalı ilyarım öncə “Aston Villa”ya gəlib. Hücumçunun keçidi üçün “Çikaqo”ya 17 milyon avro ödənilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp