Macarıstanda Azərbaycan və Qazaxıstan milliləri arasında keçirilən yoldaşlıq oyununun ən yaxşı futbolçusu müəyyənləşib. “Football Kulichki” saytı yığmamızın hücumçusu Mahir Emrelini fərqləndirib.

Nəşr Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən forvardın həmin matçda parladığını yazıb: “Fasiləyə az qalmış onun qolu komanda yoldaşlarını ruhlandırdı və onlara qələbə əhval-ruhiyyəsi yaşatdı. Emreli ikinci hissədə də çox hücum etdi, ən vacib olan penaltini qazandı. Qarşılaşma ərzində dəfələrlə zərbə vurdu, meydanda hər şeyini verdi. Azərbaycan millisində onun ən yaxşı olduğunu deyiriksə, Qazaxıstanda Maksim Samorodov və sonradan Danil Ustimenko ilə əvəzlənən qapıçı Aleksandr Zarutskini qeyd edə bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp