Xorvatiyanın “DnevnikHR” nəşri Kutaisinin “Torpedo” klubunun “Hayduk”un 35 yaşlı futbolçusu İvan Perişiç və 37 yaşlı yarımmüdafiəçi Nani ilə maraqlandığı xəbərini yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Kutaisi komandası PSJ və “Liverpul”un keçmiş müdafiəçisi Mamadu Sako ilə müqavilə bağlayıb. Məhz bu səbəbdən xəbər kifayət qədər ciddi qarşılanıb.

Xorvatiya nəşrinin məlumatına görə, mümkün transferlərin məqsədi Gürcüstanda çempionluq və avrokuboklarda mübarizə aparmaqdır.

Klub Sakonu heyətinə qatarkən belə bir bəyanat yaymışdı: “Futbolçu təkcə “Torpedo”ya titul qazanmağa kömək etməyəcək, həm də beynəlxalq futbol ictimaiyyətində bir növ klubun səfirinə çevriləcək. O, akademiyamızın inkişafı ilə məşğul olacaq, gənc futbolçuların peşəkar inkişafını təmin edəcək”.

Klub Nani və Perişiçin imzalanmasında da oxşar məqsədlər güdür. Qeyd edək ki, Gürcüstanın “Torpedo” komandasının sahibi “New Vision University” təhsil müəssisəsidir – qurum klubu 2021-ci ildə, komandanın borc içində boğulduğu vaxtda alıb. “Torpedo” universitetin yeganə futbol layihəsi deyil. Peşəkar klubla yanaşı, Gürcüstanda “İnter”lə birgə akademiya da fəaliyyət göstərir. NWU öz internet səhifəsində prioritetlərini bəyan edib: “Biz idmana sosial dəyişiklik və cəmiyyətin rifahı üçün alət kimi baxırıq. Biz həm həvəskar, həm də peşəkar idmanı dəstəkləməkdə maraqlıyıq”.

Klubun məqsədləri qlobaldır. “İş prosesində səhvlər ola bilər. Bir az daha səbr edin. Söz veririk ki, Avropanın böyük futbol xəritəsində öz yerimizi bərpa edəcəyik”, – deyə “Torpedo”nun baş direktoru David Dolaberidze sosial şəbəkələrdə bildirib.

0163761c 71c4 4566 b7b8 9e7745c1c46d - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp