Artyom Dobvik “Atletiko”ya transfer olunmaq ərəfəsindədir. Madridlilər “Jirona”nı hücumçusu ilə anlaşmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, tərəflər 2029-cu ilin yayınadək qüvvədə olacaq anlaşmanı razılaşdırıb. 26 yaşlı ukraynalı üçün 40 milyon avro ödəniləcək.

“Jirona”nın ötən yay “Dnipro-1″dən 8 milyon avroya transfer etdiyi Dobvikin müqaviləsi 2028-ci ilin yayında bitəcəkdi. Futbolçu son mövsümdə La Liqada göstərdiyi məhsuldar oyunla diqqət mərkəzinə düşmüşdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp