İspaniyalı şərhçi Xuanma Kastanyonun verdiyi məlumata görə, Rafael Nadal Olimpiadadan əvvəl Karlos Alkarası birlikdə cütlükdə oynamağa dəvət edib.

Onun sözlərinə görə, “Rolan Qarros”u qazandıqdan sonra Alkaras İbizada dostları ilə bir neçə gün dincəlməlidir. Ardınca isə ot kortlardakı mövsümünün hazırlıqlarına başlayacaq.

“Uimbldondan sonra Rafa Karlosu torpaq örtükdə turnir keçirməyə razı salmaq istəyir. Əgər işlər yolunda getməsə, onlar birbaşa Parisə gedəcəklər və duet kimi çıxış edəcəklər”, – deyə Kastanyo qeyd edib.

Çox güman ki, sözügedən hazırlıq turniri iyulun 15-21-də Hamburqda keçiriləcək ATP500 yarışı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp