“Lester” tezliklə yeni baş məşqçisinin adını açıqlayacaq. “Tülkülər” Qrem Potterlə anlaşmağa yaxındır.

Futbolinfo.az xəbər verir ki, “Çelsi”dən ayrıldıqdan sonra işsiz qalan mütəxəssis məşhurlaşdığı “Brayton”a dönmək istəyirdi. Amma həm keçmiş klubu onunla ciddi maraqlanmayıb, həm də “Lester”in təklifi daha cəlbedici olub. Potter Premyer Liqaya qayıdan və qarşısına böyük hədəflər qoyan klubun təklifinə razılaşıb.

“Lester” “Çelsi”yə yollanan Enzo Mareskanın gedişindən sonra başsız qalıb. Potterin təyinatı bu həftə açıqlanmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp