AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-16 Liqasının “Zirə” PFK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Raul Abbasov qarşılaşmanın 90+3-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalandırılıb.

U-17 Liqasının İCBFA – “European Football Academy” oyununda İCBFA-nın futbolçu Ersin Əliyev qırmızı aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.

U-13 Liqasının Vətən İOEUGFMPHŞ – “Qarabağ” FK oyunu bitdikdən sonra Vətən İOEUGFMPHŞ komandasının futbolçusu Yavər Əsgərli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalandırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp