İtaliyanın “Yuventus” komandası yeni baş məşqçisinin adını açıqlayıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qoca sinyora” Tyaqo Motta ilə 3 illik müqavilə imzalayıb

Braziliyalı çalışdırıcı yeni klubunda illik 3,5 milyon avro qazanacaq.

“Barselona” və PSJ-nin sabiq futbolçusu bu postda Massimiliano Alleqrini əvəzləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp