Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Ramil Şeydayevin taleyinə aydınlıq gəlib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun növbəti mövsümü də I Liqa komandasında keçirəcəyi dəqiqləşib.

Superliqaya vəsiqəni qarşısına məqsəd qoyan Kocaeli təmsilçisi əcnəbi futbolçularının çoxu ilə yollarını ayıracaq. Əslində, Şeydayevin də çıxışı rəhbərliyin ürəyincə deyil. Lakin yerli statusda çıxış etdiyi üçün onun komandada saxlanılması qərarlaşdırılıb.

Buna baxmayaraq, “Kocaelispor” yeni hücumçu axtarışındadır. Məşqçilər korpusu yay fasiləsində ön xəttin gücləndirilməsini tələb edib.

Qeyd edək ki, Şeydayevin “Kocaelispor”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp