Azərbaycan millisinə baş məşqçi təyin olunan Fernandu Santuşdan əvvəl bu posta türkiyəli mütəxəssis gətirilə bilərmiş.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, yığmamızın “sükanı arxasına” əvvəlcə Şenol Günəşin gətirilməsi nəzərdən keçirilib. Hətta Günəş özü də açıqlamasında bunu təkzib etməmişdi. Lakin tərəflər arasında danışıqların uğurlu yekunlaşmadığı və nəticədə AFFA-nın başqa variantlara yönəldiyi vurğulanıb.

Qeyd edək ki, AFFA dünən Fernandu Santuşun baş məşqçi vəzifəsinə gətirildiyini bəyan edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp