“Beşiktaş” “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradeni heyətinə qatmaqda qərarlıdır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə klubu 24 yaşlı pleymeykerlə transfer danışığında ciddi irəliləyişə nail olub.

Müdafiə xəttini Qabriel Paulista ilə gücləndirən İstanbul nəhəngi Andradenin keçidi sayəsində ön xətdəki problemi də yoluna qoymağa çalışır. Kabo Verde millisinin üzvünün meneceri ilə danışıqlarda ciddi irəliləyiş əldə edilib. Artıq klublar arasında danışıqlar aparıldığı da əlavə olunub.

Qeyd edək ki, Leandro Andrade ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 58 oyun keçirib, 15 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp