İspan tennisçi, “Böyük Dəbilqə”nin 22 qat qalibi, dünyanın keçmiş bir nömrəsi Rafael Nadal iyulun 1-dən 14-dək Londonda keçiriləcək “Uimbldon”da iştirak etməyəcək. Bu barədə keçmiş ispan tennisçi, dünyanın sabiq üçüncü raketkəsi və “Rolan Qarros – 2013”-ün finalçısı David Ferrer məlumat verib.

Ferrer bir qədər əvvəl Rafael Nadal və Karlos Alkarasın Parisdə keçiriləcək Olimpiya Oyunlarında cütlüklərdə birlikdə oynayacağını da təsdiqləmişdi.

Rafael Nadal ikiqat olimpiya çempionudur. 2008-ci ildə Nadal təklərdə Olimpiadanın qalibi, 2016-cı ildə isə Mark Lopezlə cütlükdə çempion olub. 38 yaşlı Nadal karyerasının dördüncü Olimpiadasında çıxış edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp