Bərdədə kənd bələdiyyələrinin komandaları arasında futbol turniri keçirilib.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarış Çələbilər kəndinin meydançasında reallaşıb.

Yarışda 11 komanda qalib adı uğrunda mübarizə aparıb. Maraqlı idman mübarizə şəraitində keçən birinciliyin sonunda Çələbilər kənd bələdiyyəsinin komandası finalda Mollagüllər kənd bələdiyyəsinin komandasının 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb. Otuzikilər kənd bələdiyyəsinin komandası isə turniri 3-cü pillədə başa vurub.

Qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və kubokla təltif olunublar.

BƏHRUZ MUSAYEV, BƏRDƏ

c0d4041c e730 4849 b87a 7b4a1113c18f - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp