“Transfer məsələlərini öncədən danışmaq doğru deyil. İndi dəqiq heç nə deyə bilmərəm”. Bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov deyib.

O, klub axtarışında olduğu üçün yığmanın düşərgəsini tərk etməsi ilə bağlı suala cavab verib. Məmmədov həmçinin Polşanın “LKS Lodz”dan ayrılıb başqa kluba keçəcəyi ilə bağlı yayılan xəbərlərə də şərh verib: “Həm xaricdən, həm də ölkəmizdən təkliflər var. Danışıqlar gedir. Müqavilə ilə bağlı danışıqları aparırıq. Hələ ki, özüm də gözləyirəm. Azərbaycanda davam edəcəyimə və ya başqa ölkəyə yollanacağıma qərar verməmişəm”.

Qeyd edək ki, Rahil Məmmədovun müqavilə ilə məxsus olduğu “LKS Lodz” klubu son mövsümdə Polşa Ekstraklasasını tərk edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp