İspaniyanın “Atletiko” klubu futbolçusu Aksel Vitsellə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşma 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

35 yaşlı belçikalı Madrid təmsilçisinə 2022-ci ildə “Borussiya” (Dortmund) klubundan transfer olunub. Vitsel “Atletiko”da 94 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp