Almaniya təmsilçisi “Borussiya” (Dortmund) klubu baş məşqçisi Edin Terziçlə yollarını ayırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Almaniyalı çalışdırıcı 2010-cu ildən “Borussiya”da müxtəlif vəzifələrdə çalışıb. O, 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Terziçi köməkçisi olmuş Nuri Şahinin əvəzləyəcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp