Albaniyada parlamentin gələn həftəyə planlaşdırılan iclası AVRO-2024 ilə əlaqədar ləğv edilib.

Albaniya parlamentinin 140 deputatının əksəriyyəti komandanın AVRO-2024-ün qrup mərhələsindəki oyunlarında iştirak etməyi planlaşdırır, bir çoxu isə avtomobillə Almaniyaya yollanacaq. Bu səbəbdən də cümə axşamına nəzərdə tutulan plenar iclası çərşənbə günü keçirilib, digəri isə ləğv edilib.

Müxalifətin bəzi nümayəndələri iclasın ləğvini reqlamentin pozulması hesab edərək parlamentin hərəkətlərinə mənfi münasibət bəslədiklərini qeyd ediblər. Çərşənbə günü keçirilən iclasda Albaniya Demokratik Partiyasının rəhbəri Qazment Bardibu məsəlylə bağlı ölkənin baş naziri Edi Ramaya etiraz edib.

“Siz parlamentə şəxsi mağazanız kimi yanaşdınız. Bir lider kimi vətəndaşlara sessiyanın niyə cümə axşamından çərşənbə gününə təxirə salındığını izah etməli olacaqsınız. Müxalifətlə məsləhətləşmədən birtərəfli qərar verdiyiniz üçün bunu etməyə məcbursunuz. Əgər Avropa çempionatına getmək səbəbdirsə, bu, biabırçı bir hərəkətdir”, – deyə Bardi bildirib. Albaniya millisi AVRO-2024-dəki çıxışına şənbə günü İtaliya ilə oyunla başlayacaq. Albanlar qrup mərhələsində Xorvatiya və İspaniya ilə də qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp