Çus Mateo “Real”ı çalışdırmağa davam edəcək. İspaniya klubunun 2023/24 mövsümünün Avroliqa finalında “Panatinaikos”a məğlubiyyəti də buna mane olmayıb.

“Real” basketbol üzrə ölkə çempionatının final seriyasında “Mursiya”nı 3:0 hesabı ilə məğlub edərək İspaniya çempionu olub. Klub həmçinin, İspaniya Kral Kubokunda da titulu əldə edib.

AS nəşrinin məlumatına görə, Mateo klubu ilə iki mövsümlük müqavilə imzalayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp