“Zirə” klubu yeni transferini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Davit Volkovla anlaşıb.

Forvardla ikiillik müqavilə imzalanıb.

“Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp