Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə 18 yaşdan yuxarı qadınlar və kişilər üçün hakimlik kursları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, kurslar iki ay ərzində baş tutacaq.

Bu müddətdə həftədə iki gün, axşam saatlarında “Zoom” vasitəsilə nəzəri, ayda iki dəfə isə idman zalında praktiki dərslərin keçirilməsi nəzərdə tutulur. Dərslər Azərbaycan, rus və ingilis dillərində tədris ediləcək. Kursu uğurla tamamlayan şəxslər sertifikat alacaq.

Dərslərdə iştirak ödənişsiz olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp