Qazaxıstan millisinin sabiq futbolçusu Bulat Esmaqambetov komandalarının Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis millimizin 3:2 hesabı ilə qalib gəldiyi matçdakı performansdan narazılıq bildirib.

Onun fikrincə, Azərbaycan yığması Macarıstanın Sombatxey şəhərində təşkil olunan qarşılaşmada qələbəyə layiq idi: “Azərbaycan millisi ilk dəqiqələrdən topa hakim oldu. İki qol buraxdıqdan sonra isı oyuna nəzarəti tam ələ keçirdilər və hücuma atıldılar. Azərbaycan millisi böyük həvəslə oynadı, cəsarətlə hərəkət etdi və layiqli qələbə qazandı”.

Qeyd edək ki, yoldaşlıq görüşünün birinci hissəsində 2 top fərqi ilə geri düşən yığmamız sonda 3:2 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp