“Çelsi”nin sabiq futbolçusu Klod Makelele hazırda “Mançester Yunayted”də çıxış edən Kobbi Meynu barədə maraqlı fikirlər səsləndirib.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Fransa millisinin sabiq dayaq yarımmüdafiəçisi həmin mövqedə yer alan 19 yaşlı oyunçunu gələcəyin superulduzu adlandırıb.

Makelele artıq İngiltərə millisinə də çağırılan Meynunun özü ilə müqayisə edilməsinə münasibət bildirib. O, gənc oyunçunu daha çox “Çelsi”nin digər sabiq üzvü Maykl Essyenə oxşadıb: “Mən onu Maykl Essyenə bənzədirəm. O, Kobbi Essyendən daha çox şey öyrənməlidir. Bilirsiniz, gəncdir və onun qarşısında böyük gələcək var”.

Qeyd edək ki, “Çelsi”, “Real”, “Milan” kimi dünya nəhənglərinin formasını geyinmiş Maykl Essyen 2019-2020-ci illərdə Azərbaycanda “Səbail”in şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp