Bu gün Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatında start veriləcək. Turnirdə 24 komanda iştirak edəcək. İştirakçılar hər birində 4 komanda olmaqla 8 qrupa bölünüblər.

Avro-2024-ün açılış matçında isə ev sahibi Almaniya millisi Şotlandiya ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu fransalı referi Kleman Türpen idarə edəcək.

Avro-2024, açılış oyunu

23:00. Almaniya – Şotlandiya

Baş hakim: Kleman Türpen.

“Allianz Arena”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp