“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun ilk məşqçisi Dmitriy Qulenko yetirməsinin “Dinamo”ya keçməli olduğunu deyib.

O, fukrini əsaslandırıb: “Dinamo” Lunyov üçün əla seçimdir. Azərbaycan və Rusiya çempionatları fərqlidir. Avrokuboklarda oynamasaq da, güclü çempionatımız var. 40 yaşına kimi rahat oynaya bilər və sağlamlığı da buna imkan verir. Lunyov “Dinamo”ya keçməli və əsas qapıçı olmaq üçün rəqabət aparmalıdır”.

Lunyov ötən mövsüm “Qarabağ”da 34 oyunda 43 qol buraxıb. Rusiya mətbuatı Lunyovun Moskva “Dinamo”su ilə anlaşdığını yazır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp