“Fernandu Santuşun Azərbaycan yığmasına təyinat xəbərini eşidəndə xoş oldu. Çünki o, rəğbət bəslədiyim məşqçilərdəndir”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın portuqaliyalı futbolçusu Leandro Andrade deyib.

25 yaşlı yarımmüdafiəçi həmyerlisi Fernandu Santuşun Azərbaycan yığmasının baş məşqçisi postuna gətirilməsindən danışıb: “Bir portuqaliyalı kimi ona xüsusi münasibətimin olması normaldır. Çünki Santuş bizə Avropa çempionluğu sevinci yaşadıb. Azərbaycan millisinə də hörmətim var, oynadığım “Qarabağ” klubu Azərbaycanı təmsil edir. İndi də sevinirəm ki, rəğbət bəslədiyim milliyə rəğbət bəslədiyim baş məşqçi təyin olunub. Bundan sonra Azərbaycan yığmasına ikiqat azarkeşlik edəcəm, onsuz da dəstəkləyirdim, indi daha çox olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp