“Feyenoord” yeni baş məşqçi tapıb. Rotterdam klubunu bundan sonra Brian Priske çalışdıracaq.

Futbolinfo.az xəbər verir ki, 47 yaşlı danimarkalı mütəxəssislə anlaşmanın detalları bəlli deyil. Amma onun 2 il çalışdığı Praqa “Sparta”sını Niderland klubuna dəyişdiyi dəqiqdir.

Əvvəllər “Midtülland” və “Royal Antverpen”də də işləmiş mütəxəssis “Liverpul”a təynat alan Arne Slotu əvəz edəcək. Priske “Feyenoord”da işə yulun ilk günündən başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp